AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Tərtərdə iki nəfərin öldüyü avtoqəza ilə bağlı sürücü saxlanıldı

Tərtərdə iki nəfərin öldüyü avtoqəza ilə bağlı sürücü saxlanıldı

Ötən gün saat 22:00 radələrində Tərtər rayonunun Güləbatlı kəndi ərazisində kənd sakini Xəqani Aydınovun idarə etdiyi traktorla rayonun Səhləbad kənd sakini Ədalət Həsənəliyevin sürücülük hüququ olmadan idarə etdiyi VAZ markalı avtomobil toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən Xeberlent.az-a verilən məlumata görə, qəzadan sonra traktorun sürücüsü hadisə yerini tərk edib, Ədalət Həsənəliyev, eləcə də onun 2023-cü il təvəllüdlü qız nəvəsi və qohumu Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq Ə.Həsənəliyev və onun azyaşlı nəvəsinin həyatını xilas etmək mümkün olmayıb.

Traktorun sürücüsü X.Aydınov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə günün qaranlıq vaxtı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, bununla yanaşı sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərin bir ailənin faciəsi ilə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır:

“Unutmayaq ki, sükan arxasında səhlənkarlıq, çox zaman bərpası mümkün olmayan itkilərə yol açır!”