Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!
Dostumuz Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-yazıçı, publisist, Müşfiq Malik Muğanlının Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Mübariz İbrahimova həsr etdiyi “Mübarizdən sonra” adlı kitab işıq görüb.
Redaktoru olduğum bu kitab vətənpətvərlik mövzusunda yazılmış çox qiymətli bir kitabdır. Belə kitabların yazılması, həqiqətən, vacibdir. Dəyərli dostumuza təşəkkür edirəm belə bir əsərə görə.
Şəhid Mübariz üçün hər şey Allah evindən başlayıb...
Milli Qəhrəmanımız Şəhid Mübariz İbrahimov cəbhə bölgəsinə yollanmazdan əvvəl Bibiheybət ziyarətgahında xidmət edib.
Onun Allah yolundakı cihadı Müqəddəs Bibiheybət ziyarətgahında xidmətdən başlayıb müqəddəs Vətən torpağı uğrunda apardığı mübarizədə öz zirvə nöqtəsinə çatıb. O, sanki Bibheybət məscidinə bu zirvəni dərk etmək, ona ruhi və mənəvi cəhətdən hazır olmaq üçün gedib. Ziyarətgahın işiləri bildirirlər ki, Mübariz şəhid olandan sonra anladıq onun burada Allahla olan uzun-uzadı razü niyazlarının sirrini...
İnsan bir dəfə ölür, amma bu ölüm ixtiyari bir seçimlə canın Vətən yolunda qurban verilməsi səciy-yəsi qazandıqda Allah tərəfindən ölümsüzlük qiy-mətini alır və şəhidlərə ölü deyilməməsi göstərişi ve-rilir. Şəhid bizim maddi dərkimizi aşan bir həyat qa-zanaraq ülvi dərəcələrə yüksəlir. Qəhrəman şəhidi-mizin atası hacı Ağakərim şəhid valideynlərinə töv-siyyə verərkən çox incə bir məqama toxunur. O, de-yir: “Rəbbimizin şəhidlərə verdiyi bu qiymət qəlbimi çox rahatladır. Valideynlər övladlarını itirdiklərinə görə narahat olmasınlar. Onlar bizdən daha diridir-lər. Rəbbimizin dərgahında peyğəmbərlərlə bir yer-dədirlər. Bu barədə Rəbbimiz Quranda buyurur: “Allaha və peyğəmbərə Peyğəmbərə itaət edənlər Allahın nemət-lər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdədirlər. Onlar gözəl yoldaşlardır!” deməliDeməli, övladlarımız peyğəmbərlərə, imamlara yoldaşdırlar, onlarla bir yerdədirlər. Bu bizi sevindirməyə bilər-mi? Bu Quran ayəsinə əsasən, biz də övladlarımızın yanında ola bilərik. Allah bizə şəhid valideyni olma neməti verib. Əgər bu nemətin qədrini bilsək, ona la-yiq həyat sürə bilsək, onların olduqları yerə yüksələ bilərik”.
Mübariz kimi bir qəhrəmanı şəhidliyin həqiqəti-ni məhz bu şəkildə qavramış bir ata tərbiyə edə bilər.
Hacı Ağakərim başda olmaqla Allah bütün şəhidlərimizin valideynlərinə səbr versin!