Yenə Rusiya ilə danışıqlardan imtina etdi
Ukraynada qələbə üçün nəzərdə tutulan planın həyata keçirilməsi Rusiya ilə danışıqları nəzərdə tutmur.
Xeberlent.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Amerikanın ABC telekanalına müsahibəsində deyib.
"Bu, Rusiya ilə danışıqlardan getmir. Bu, diplomatik yola aparan körpüdən, müharibəni necə dayandırmaqdan gedir", - deyə prezident ABC-nin “qələbə planının” Rusiya Federasiyası ilə danışıqları əhatə edib-etməməsi sualını cavablandırarkən qeyd edib.
Zelenskinin sözlərinə görə, onun qeyd etdiyi “körpü” qələbə planıdır.