AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Prokuror 18 yaşlı gənci öldürən şəxsə ağır cəza istədi

Prokuror 18 yaşlı gənci öldürən şəxsə ağır cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və quldurluq maddəsi ilə təqsirləndirilən şəxs Əsədov Rəhim İsmayıl oğlunun növbəti məhkəmə prosesi keçirilib. 

Xeberlent.az-ın məlumatına görə, ilk olaraq şahid Fərid Əliyev ifadə verərək bildirib ki, Rəşidlə bir yerdə işləmişəm: "Mən evdə idim, iş yoldaşım İsmayıl yığdı məni. Dedi gedək Rəşidi çağıraq, anası yığır ki, Rəşidə zəng çatmır. Qapını döydük açan olmadı. Qonşudan kəlbətin götürüb pəncərənin mismarlarını çıxartdı,  qulpu aşağı elədik qapı açıldı. İçəri girib meyiti görəndə halım pisləşdi, çıxdım çölə. Dərhal polisə zəng elədik məlumat verdik".

Şahid ifadəsindən sonra hakim sənədlərin tədqiqi mərhələsinə keçdi. 
Təqsirləndirilən şəxsin vəkili ibtidai istintaq orqanı tərəfindən müvəkkilinə xüsusi amansızlıq maddəsinin düzgün verilmədiyini bildirdi. Həmçinin quldurluq maddəsinidə qəbul etmədiklərini söyləyərək vəsatət verdi. Müvəkkilinə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif olunmasını istədi. 
Hakim yerində müşavirə edərək vəsatətə münasibət bildirdi: "Bu vəsatətə müşavirə otağında qiymət verəcəyik".

Hakim Novruz Kərimov məhkəmə istintaqının yekunlaşdığını elan edərək çıxış üçün dövlət ittihamçısına söz verdi. İttihamçı zərərçəkmiş şəxsin barışıq verməsinə baxmayaraq xüsusi amansızlıq olduğu üçün cəza verilərkən bu nəzərə alınmayacaq. Rəhim Əsədovun 19 il azadlıqdan məhrum edilməsini təklif etdi. 

Sonra zərərçəkənin hüquqi varisi təqsirləndirilən şəxsə yüngül cəza verilməsini istədi. 

Məhkəmə prosesi təqsirləndirilən şəxsin vəkilinin çıxış üçün vaxt istədiyinə görə yanvar ayının 15-nə kimi təxirə salındı.

Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarından yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı ilkin olaraq Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.