AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Ötən il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI

Ötən il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 2,6 milyon turist gəlib.

Bu barədə Xeberlent.az Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Məlumata görə, ölkəyə gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26% artıb. Belə ki, 2023-cü ildə Azərbaycana 2,1 milyon turist gəlmişdi.

Qeyd edilib ki, ötən ilin yalnız dekabr ayında isə Azərbaycana 214 678 nəfər turist gəlib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 11% çoxdur. 2023-cü ilin dekabrında bu göstərici 192 869 nəfərə bərabər olub.

Rəsmi açıqlanan rəqəmlərə görə, ötən il Azərbaycana gələnlərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Azərbaycana təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% və ya 105 903 nəfər artaraq 731 009 nəfərə bərabər olub.

Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada türkiyəli turistlər yer alıb. Onların sayı 13% və ya 48 037 nəfər artaraq, 426 241 nəfərə çatıb.

Siyahıda üçüncü yeri isə 243 589 nəfər turist ilə Hindistan vətəndaşları tutur. Hindistanlı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 108% və ya 126 287 nəfər artıb.