AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Mayora hücum edən idmançılar həbs edildi - YENİLƏNİB

Mayora hücum edən idmançılar həbs edildi - YENİLƏNİB

Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan daha iki idmançı barəsində həbs qərarı verilib.

Xeberlent.az xəbər verir ki, idmançılar Elnur Həmidov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

***

Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.

Xeberlent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılır.

Saxlanılanlardan biri Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Hazırda məhkəmədə Elnur Həmidov və Musa Əhmədov barəsində təqdimatlara baxılır.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

*** 

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

Xeberlent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib. 

Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb. 

Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində  həbsini tələb edir.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılır. 

Qeyd edək ki, insidentə görə Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılıb. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.