28 kiloqramdan çox narkotik vasitə aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Xeberlent.az-a verilən məlumata görə, yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 6 ədəd patron aşkar edərək götürüblər.
Yanvarın 1-də ümumi çəkisi 28,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.