Goranboyda dəm qazından zəhərlənən qadın süni nəfəs aparatına qoşuldu
Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərlənib.
Xeberlent.az-ın məlumatına görə, hadisə Goran qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Məmmədova Səriyyə Mübariz qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
Təcili xəstəxanaya çatdırılan qadın süni nəfəs aparatına qoşulub. Faktla bağlı araşdırma aparılır.