ABŞ və Rusiya arasında müharibə ola bilər? - Blinken açıqladı
"ABŞ Rusiya ilə birbaşa qarşıdurmanın astanasında deyil".
Xeberlent.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının dövlət katibi Antoni Blinken “The New York Times” qəzetinə müsahibəsində bildirib.
"Biz narahatlığımızı Rusiya ilə münaqişənin qarşısını alacaq şəkildə həll etdik. Düşünürəm ki, biz birbaşa münaqişəyə yaxın deyilik, lakin çox diqqətli olmalıyıq".
Blinken amerikalıların hərbi münaqişələrdə iştirak təşəbbüsünü dəstəkləmədiyini də vurğulayıb.
Bundan əlavə, Blinken bildirib ki, Vaşinqton hələ xüsusi hərbi əməliyyat (SVO) başlamazdan əvvəl Kiyevə silah tədarük etməyə başlayıb.