Baş Prokurorluq: Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin öldüyü yanğınla bağlı bir nəfər saxlanılıb

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

İsrail İranın atdığı raket və PUA-ların sayını açıqladı

"Crocus"da terror törədənlər daha bir partlayış planlaşdırıblar

Yoldan keçən insanları tərifləyib, aya 3 min qazanır

Yoldan keçən insanları tərifləyib, aya 3 min qazanır

Yaponiyada bir kişi borca ​​görə evini itirib. Bundan sonra o,  küçələrdə yaşamağa başlayıb. Çox keçmədən kişi pul qazanmağın rahat yolunu da tapıb.

Xeberlent.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazır.

Belə ki, 43 yaşlı yapon yoldan keçən insanları tərifləyərək pul qazanmağa başlayıb. Yaponlar tərəfindən "Tərifləyən dayı" kimi tanınan kişi qəzetə danışıb:

"Gənc yaşlarımda qumara maraq göstərdiyim üçün yetkin həyatımın çox hissəsini borcla keçirmişəm. Atam buna görə insult keçirtdi və evin ipotekasını ödəyə bilmədi. Borclar səbəbindən evsiz qaldım  2021-ci ildən küçədə yaşamağa başladım". 

Məlumata görə, kişi qatar stansiyalarına və izdihamlı küçələrə “Mən Sizi tərifləyəcəyəm” yazılmış karton lövhə ilə gəlir. Kiçik ianələr üçün insanlarla ünsiyyət qurur, onlara komplimentlər deyir. Orta hesabla yapon gündə təxminən 10 min yen (109 AZN), yəni ayda təxminən 300 min yen (3282 AZN) qazanır. O, gündə 30-dan çox insanı tərifləyir. Yapon, həmçinin hədiyyələr - şokoladlar, qəlyanaltılar, içkilər və təşəkkür qeydləri alır.

Kişinin həyat tərzi maraqla qarşılanıb.