"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Paltarlarınızı radiatorla qurutmayın - Xəstəliklərə səbəb olur

Paltarlarınızı radiatorla qurutmayın - Xəstəliklərə səbəb olur

Qış bütün ölkədə özünü hiss etdirməyə başlayır. Havalar soyuduqca yaşayış və iş yerləri kimi bir çox yerdə qızdırıcılar işə düşür.

Bununla belə, mərkəzi istilikdən istifadə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

Xeberlent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Merih Kalamanoğlu Balcı  istilik sistemlərinin neqativ hallarını sadalayb. 

"İsitmə qızdırıcıları yaşayış rahatlığımızı artırır, lakin bəzi mənfi təsirləri də var. Bunlardan çəkinmək lazımdır. Bunlardan birincisi quru havadır: Yüksək temperatur ətraf mühitin rütubətini azaldır və havanın qurumasına səbəb olur. Bu, burnumuzun selikli qişasının, gözlərimizin və bütün tənəffüs yollarımızın qurumasına səbəb olur. Fizioloji olaraq tənəffüs yollarında bəlğəm istehsalı var və bu, xarici mühitdə zərərli hissəciklərin təmizlənməsi üçün çox vacibdir. Ancaq rütubət səviyyəsi aşağı olduqda, bu iş sistemi pozulur. Buna görə də tənəffüs yollarının daralmasına səbəb olur və allergik insanların şikayətləri artır. Tənəffüs yollarının daralması astma kimi xəstəlikləri olan insanlarda tənəffüs şikayətlərinin artmasına səbəb olur. Boğazda qıcıqlanma hissi, davamlı öskürək və nəfəs darlığı kimi şikayətlər arta bilər. İstilik şəraitində ətraf mühitin temperaturu gün ərzində 20-22 dərəcə arasında olmalıdır. Bunu bir termostat və ya istilik sayğacı ilə izləmək lazımdır. Gecə yuxusu zamanı 18 dərəcə daha keyfiyyətli yuxu təmin edir. Bədən daha rahat istirahət edir və tənəffüs yollarımızın qurumasının qarşısını alır" deyən Prof. Dr. Balcı ətrafı nəm saxlamaq üçün nələr edilməsi lazım olduğunu izah edib. 

Balcı, həm su dolu qablara, həm də nəmləndiricilərə xoş qoxu yaymaq üçün qoyulan məhsulların istifadə edilməməsi lazım olduğunu vurğulayıb. 

Ən çox edilən səhvlərdən birinin  paltarların qurudulmaq üçün radiatorların üzərinə asılması olduğunu ifadə edən Prof. Dr. Balcı, "Nəm geyimləri istilik sistemlərinin üzərinə sərmək səhvdir. Quruduqları zamanı o çamaşırların içindəki yuyucu və kimyəvi maddələrin buraxdığı qoxu havanın keyfiyyətini pozur. Bu baxımdan diqqətli olmaq lazımdır. Kəskin qoxular, toz tənəffüs yolları həssaslığı olan insanların şikayətlərini artırır və onlar tetikleyici faktorlardır. Ona görə də çamaşırlarınızı  radiatorlarda qurutmamalısınız", - həkim izah edib.