Baş Prokurorluq: Təyyarə qəzasındakı zərərçəkmişlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasında (Dərnəgül metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.
Odur ki, müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun "961" nömrəli Çağrı Mərkəzi, "161" nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələrini xahiş edirik.