Sumqayıtda iynədən şoka düşən 30 yaşlı kişi ÖLDÜ
Sumqayıtda anası vurduğu iynədən şoka düşən 30 yaşlı kişi ölüb.
Xeberlent.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Qurbanov Murad Məlik oğluna evdə anasının vurduğu antibiotikdən öldüyü bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.