Fidan Dəməşqdə olmasının səbəbini açıqladı
Türkiyə qonşu Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazırdır.
Xeberlent.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) ilə danışıqlardan sonra deyib.
“Ümid edirəm ki, ölkəniz üçün ən çətin və ən qaranlıq dövr arxada qalıb. Dəməşqə ona görə gəlmişəm ki, türk xalqının, türk dövlətinin və prezidentimiz Rəcəb Tayyib ərdoğanın sizin yanınızda olduğunu deyim. Bu qələbə yalnız sizə məxsusdur, başqasına deyil. Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazım olan bütün yardımı göstərməyə hazırdır", - deyə Fidan qeyd edib.