"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Bakıda meyiti tapılan iş adamının ölümünün detalları

Bakıda meyiti tapılan iş adamının ölümünün detalları

Bir həftə əvvəl Bakıda dünyasını dəyişən “AZE BİLİŞİM FİNANS” MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı bəzi detalalr açıqlanıb. 

Xeberlent.az xəbər verir ki, iş adamının müəmmalı ölümü ilə bağlı hüquq müdafiəçisi Rəhim Xoyski paylaşım edib. 

"Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir ? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evimin sahibi və polislər vasitəsilə evə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım", - deyə Xoyksi bildirib.

Onun sözlərinə görə, polislər və prokurorluq əməkdaşları ilə evə baxış keçirilərkən, şprisdə olan dərmanın ampulası nə zibil yeşiyində, nə də mərhumun yanında tapılıb. 

"Ali Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs deyildi. Şirkətin sənədləriylə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdır", - deyə hüquq müdafiəçisi qeyd edib. 

Onu da bildirək ki, Ali Akşun dekabrın 20-də Türkiyədə Serinyol qəbiristanlığında dəfn edilib.O, tanınmış iş adamı yaşar Akşunun oğludur. 

Hazırda ölüm faktıyla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir.