Baş Prokurorluq: Aksizsiz tütün məmulatlarının qaçaqmalçılığına qarşı genişmiqyaslı cinayət işi istintaq olunur

San-Fransisko nəhəng istehsalçılara qarşı məhkəmə iddiası qaldırıb

Baş Prokurorluq: Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin öldüyü yanğınla bağlı bir nəfər saxlanılıb

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

Dayanacaqdakı 20 qəpiklər

Dayanacaqdakı 20 qəpiklər

Bu hamıya bəlli məsələdir ki, mədəniyyətli olmaq hər birimizin insanlıq borcudur. Bəzən bəzilərinə  bu borc vacib olur. Zənnimcə, ictimai mədəniyyəti bu vaciblərə daxil etmək düz olardı.

İctimai mədəniyyəti bir çox yerlərə şamil etmək olar. Lakin mənim toxunacağım \"mədəniyyətlilərimiz\" nəqliyyat vasitələrini idarə edənlər, daha doğrusu, avtobus sürücüləridir.

 

Hərdən avtobusdan istifadə edərkən elə bilirəm ki, hansısa bir \"Rally\" yarışında iştirak edirəm və sürücünün \"şturmanıyam\". Niyə belə sürüsünüz? cavabında isə, \"ay qardaş, bizə vaxt qoyublar ki, geciksən, cəzalanacaqsan\". İndi gəl bir yandan bunu qınama, bir yandan isə canınla \"klas-klas\" oyna.

 

Düzdür, hərdən işə gecikəndə bu cür sürətlə sürmələri işimə yarayır. Amma hərdən də elə özüm kimi dayancaqda durub, əl etdikdə sərnişini görə-görə saxlamayan sürücüləri görüb, əsəbləşirəm. Əsəbin səbəbi isə təbii sizə də aydın oldu. Çünki siz də bir çox vaxt bu cür hallarla rastlaşmısınız.

 

Lakin plan dolmadıqda on dəqiqələrlə dayanacaqlarda gözləyirsən, insanların işdən evə gedərkən pik vaxtında turşu şorabası kimi avtobusa presslənirsən, amma bu zaman müdiriyyət tərəfindən cəzalandırılmırsan. Bax, buna əsl Azərbaycan reallığı deyirlər. Və yaxud belə çıxarış etmək olar ki, sürücülər bizə sərnişin kimi yox, 20 qəpik gözündə baxırlar (Bu  ifadə hər sürücüyə aid deyil) . Buna görə  bizə \"akrobat\" dərsləri keçib, \"mehriban olun\", deyərək dözümlü edirlər.

 

Ümumiyyətlə, bu mövzuda danışdıqca danışa bilərsən, amma mənə elə gəlir Nəqliyyat Naziri Ziya Məmmədovun- \"Avtobus sürücülərinin mədəniyyəti bizim ən problemli yerimizdir\"-deməsi, hər şeyə aydınlıq gətirir. Elə mədəniyyətsiz sərnişinlərimiz də yetəri qədərdir.

 

Sonda onu da qeyd edim ki, 91 gündən sonra ölkəmiz ilk Avropa Oyunlarına sahiblik edəcək və bu səbəbdən, çoxsaylı turistlər ölkəmizə təşrif buyuracaqlar. Turistlərlə bahəm, bizə sübut edin ki, naziriniz sizin haqda səhv fikirdədir.

 

P.S Əks halda, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydalara, əsasən, mədəni olacaqsınız və 40-60 manat civarında cərimə ödəməmək üçün  bizə 20 qəpik gözündə baxmayacaqsınız. Seçim sizindir.

Gəlin, bu cür  görüntülər  ilə avropalılara Hindistanı xatırlatmayaq!

\"\"

 Bu cür hadisənin şahidi olan avropalılar  məşhur GTA oynunu xatırlayacaqlar

\"\" 

Qonaqlarımız bu cür səhnənin şahidi olsa, \"Titanik\" filmi xatırlanacaq

\"\"  

Burda \"Avtoşluqdan\" başqa ağıllarına başqa bir fikir də gəlməyəcək 

\"\"

Abdulla Elçi

XeberLent.az