"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Niyə?? Niyə ?? Niyə ?!

Niyə?? Niyə ?? Niyə ?!

Dərzinin otağını kələm dolması iyi bürümüşdü.Otaqda televizor olmasa da hardansa Xoşqədəm Hidayətqızının səsi eşidilirdi. Böyük masa arxasında əyləşən yaşlı dərzi qadın telefonunu tikiş maşının kənarına söykəyib bir gözü əlindəki iynə-sapda, bir gözü də telefonda işinə davam edirdi. Şalvarımı çıxarıb paltoma büründüm. Divanın bir küncünə oturub maraqla yeni aldığım kitabı çantamdan çıxardım. Digər dərzi qadın şalvarımı doğrayıb tikməyə başladı.Telefondan gələn səs fikrimi yayındırırdı.Kitabı kənara qoydum.Yaşlı qadın maraqla gözlərini telefona zilləmişdi.Verlişə qulaq verdim.Nəsə qızğın bir müzakirə gedirdi.Biraz sonra mənə aydın oldu ki evdən qaçan bir qadın haqqında axtarış başlanıb və indi onun bütün həyatı və fəaliyyəti müzakirə olunur. Müzakirədə hüquqşünas, psixoloq və itkin xanımın anası iştirak edir. Lakin müzakirəni niyə  apardıqlarını heç cürə anlaya bilmədim.

 Deməli müzakirələrin qəhrəmanı dördüncü kurs tələbəsi, bir neçə il əvvəl ailəsinin razılığı olmasa belə öz sevdiyi insana qoşulub qaçmış, hal-hazırda bir uşaq anası olan bir qadındır.Ara bir tikiş maşınından gələn səs eşitməyimə mane olsa da,mən dinləməkdə təkid edirdim. Aparılan müzakirələrdə xanımın  nə səbəbdən evdən qaçdığı, ən azından azyaşlı uşağını niyə atıb getdiyi barəsində danışılmadı. Qızın təhsili ilə maraqlandıqdan sonra hüquqşunas xanım yeni bir fikir qoydu ortaya. “Nə üçün universitetlərdə qızlar sevgi məhəbbət macəraları yaşayırlar?” “ Siz oxumağa gedirsiniz,təhsil alın!” -deyə bütün tələbə qızlara müraciət etdi.Ardınca qızın anasını ittiham etməyə başladı ki bəs siz qızınıza düzgün tərbiyə verməmisiniz. Fikir bildirmək istəyən hər kəsin sözünü kəsərək öz fikrini birmənalı olaraq yeritməyə çalışırdı. Artıq itkin düşmüş qadın da onun azyaşlı körpəsi də unudulmuşdu. İndi əsas müzakirə mövzusu universitetdə aşiq olan qızlar və onların ailədən aldıqları tərbiyə idi. İstədim müdaxilə edim, fikir bildirim deyim “Axı niyə ailədən aldığı sevgini yox tərbiyəni müzakirə edirlər hər zaman ? Bəs sevgi bu qədər önəmsiz bir şeydir?” Sonra baxdım paltoya bürünmüş şalvarsız halıma dedim elə danışmasam yaxşıdı (axı ailəmdən aldığım tərbiyə buna icazə verməz.) Həm mənim fikrim bütün işini gücünü atıb diqqətlə bu müzakirəni izləyən dərzi xanıma nə qədər maraqlı olar ki?

 Uzun sözün qısası verlişdə heçkəs “Niyə azyaşlı uşağını, sevib evləndiyi həyat yoldaşını da atıb gedib bu qadın?” sualını vermədi. Ümumiyyətlə bizim ölkədə hərkəs niyə sualından qorxur, bunun yeni fərqinə varmamışam. Əslində bu qorxunun əsas səbəbi günahkarlıq duyğusudur. Hər niyə sualının altından çıxan surpriz cavab insanın öz günahları ilə dolu ola bilər.Ona görə də bu niyələri yavaşca xalçanın altına süpürüb başlayırıq zərərçəkənin özündə günah axtarmağa.“Əgər belə etməsəydin elə olmazdı, bunu deməsəydin bu yaşanmazdı” və daha nə qədər “əgərlər” “bəlkələr”. Bu yazını yazmaqda məqsədim ilk olaraq özümün, davamında isə cəmiyyətin cavabsız qalmış “niyə”lərinə cavab tapmaqdır.

*Niyə Azərbaycanlı əksər qızların tək düşüncəsi ərə getmək olur?

*Niyə universitetə qəbul olan kimi, ailəsindən biraz uzaqlaşan kimi məhəbbət macəralarının içinə “tullanırlar”?

*Niyə biz hər hissə sevgi adını qoyuruq?

*Niyə ətrafımız həyat yoldaşını sevməyən evli cütlüklərlə doludur?

*Niyə ətrafımız bir-biriləri ilə yola getməyən, əslində heç uyumlu olmayan, davamlı mübahisələr edən cütlüklərlə doludur?

*Niyə hərgün intihar xəbərləri eşidirik?

*Niyə boşanmalar belə çoxalır?

*Niyə qadınlar evlərindən qaçır?

Niyə?? Niyə ?? Niyə ?!

Səbəbləri araşdırmaq üçün birbaşa Freydin nəzəriyyələrinə yönəldim. Bütün axtarışlarımı, araşdırmalarımı sadəcə bir neçə sözlə, açıq aydın izah etməyə çalışacam.Bütün bu niyələrin arxasında sadəcə bir əsas səbəb yatır. Sevgi və qayğı. İnsanoğlu əsasəndə qadın irqi sevgiyə,  qayğıya hər zaman ac olan varlıqlardır.İlkin qayğının və sevginin əsas bünövrəsi də məhz ailədə qoyulur.Atasından,qardaşından qayğı görməyən,əksinə davamlı kobudluq, əmrlər, təhdidlər, şərtlər eşidən qız birazca nazıyla oynayan bir kişi ilə rastlaşırsa olduqca təhlükəli proses başlayır. Atasından sevgi və qayğı görməyən gənc qız qarşısına çıxan,  onu əzizləyən, ona qayğı göstərən ilk əks cins nümayəndəsinə  yönəlir, ona bağlanır, ondan ayrıla bilmir və qısa müddət ərzində bunun sevgi olduğuna özünü və qarşı tərəfi inandırır.Əslində olan isə ac olan qayğı və sevgi arzusunu doydurmaq,öz eqosunu bəsləmək istəyidir.Sonra bütün həyatını partnyorunun həyatı üzərində qurur, gələcək arzularını, planlarını ona uyğunlaşdırır, lazım gələrsə bütün arzularından keçməyə belə razı olur.Davamlı özünü qayğıdan yoxsul hiss edən gənc qız artıq istədiyi qayğını əldə etmişdir.Lakin gündən-günə artmaqda olan eqonun inkişafına biraz da sosyal şəbəkələr təkan verir.Qız tez tez “sevgilisi” ilə paylaşımlar edir, qayğı gördüyünü, sevildiyini biruzə verməyə çalışır.Qızlar bütün bunları şüurlu şəkildə etmirlər və bir müddət sonra ortaya problemlər çıxanda qız bunu təəccüblə qarşılayır.Əslində xarakterin qarşı tərəflə uyğunsuz olduğunun, davamlı mübahisələrin yaşandığının sonradan fərqinə varan gənc qız bu dəfə də ayrılmaq təhlükəsi ilə üz-üzə qalır. Qarşı tərəflə heç uyğun olmasa belə itirəcəyi sevgi və qayğını gözə almalı olur.Paylaşıb el-aləmə car çəkdiyini düşünür. Artıq hamı onları birlikdə qəbul edib,hərkəs onlardan bir-birilərini necə sevdiklərindən, surprizlərindən danışır.Qadın bu anda əslində qarşı tərəfdə olan partnyorunu yox ortaya qoyulan sevilmə hissini,sevgililik prosessini göz önünə qoyur.Bir təfərdə isə başqa bir düşüncə- “bütün həyatı boyu heç uyğun olmadığı, yola getmədiyi bir insanla yaşayacaq.” Hansını seçsin?Axı kəsib ata bilməz.Yenidən başlaya da bilməz.Çünki qayğıya o qədər ac olub ki, bütün ruhunu, cismini, varlığını, ürəyindəki eşqini, gənclik  enerjisini hamısını bu münasibətə qurban verib, alışıb yanıb və geriyə sadəcə külləri qalıb. Bəs 19 yaşlı bir qızın kül olması nə qədər ürəkaçan vəziyyətdir? Bütün bu nümunəni çox yaxın bir rəfiqəmdən gətirdim hansı ki atası Rusiyada işləyir,yaşayır və bütün həyatı boyu onu bir neçə dəfə görüb.Onun xatirələrindəki ata obrazı hər gəlişində onlara çoxlu  pul gətirən, anası ilə mübahisələr edən, harda, hansı fakültədə oxumasından belə bixəbər olan, həyatı boyunca bir dəfə belə qızını öpməyən yad kişidir...

 Göstərdiyim nümunə hələ ən şükürlüsü hesab oluna bilər.Elə verilişdəki qız. Ailəsinin onunla rəftarı necə olub? Qızın ailəsinə qarşı çıxıb sevdiyi (sevdiyinə inandığı) oğlanla qoşulub qaçmasına səbəb nə olub? Təbii ki araşdırsaq məsələnin kökündən  yenə də ailə qayğısından kənar qalmaq, sevgisiz yaşamaq çıxacaq.Və təəssüf ki, həmin xanım həqiqətin fərqinə gec varıbdı və artıq ortada məhv olmuş ümidlərlə yanaşı azyaşlı bir körpə var. Sabah onu da bənzəri taleh gözləyir,çünki artıq indidən sevgisiz bir ailənin üzvü olaraq yaşama ilk addımlarını atır.

Əgər sevgi və qayğıya ac olan başqa bir qız hansısa əks cinsə eyni şəkildə bağlanırsa və qarşı tərəf o qədər də güvəniləcək biri deyilsə qızı aldatması, ondan istifadə etməsi olduqca asand proses olur.Bu variantda məsələnin ən acınacaqlı hissəsi  odur ki qızına heç vaxt sevgi,qayğı göstərməyən ata bundan xəbər tutsa adını “namus” qoyub cinayət törədər və bununla fəxr edər.Onu heçvaxt bütün bunların günahkarı olduğuna inandıra bilməzsiniz, bilmərik.. Danışdırsaq da “Oxutmuşam,geyindirmişəm,yedirmişəm!Nankordu!” deyib özünə haqq qazandırar.Halbuki ehtiyacımız olan tək şey sevgidir.Bütün yaradılışın əsas ehtiyacı məhz budur.

 

Zeynəb İsgəndər 

Xeberlent.az