"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edildi - FOTOLAR

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edildi - FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb.

Xeberlent.az xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib.

Cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə iştirakının yüksək qiymətləndirildiyi qeyd olunub.

Nazir Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb və Səudiyyə Ərəbistanı tərəfindən bu işdə göstərilən dəstəyə görə qonağa təşəkkürünü bildirib. Qeyd edilib ki, Vətən müharibəsindən sonra minaların partlaması nəticəsində indiyədək zərər çəkən 382 nəfər mülki və hərbi qulluqçudan 70 nəfəri həlak olub.

Daha sonra general-polkovnik Z.Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşündə iştirakçılara uğurlar arzulayıb.

Ölkəmizə səfərindən məmnun olduğunu qeyd edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə general-polkovnik Z.Həsənovu təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib. Qonaq hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyini vurğulayıb.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra qonaqlar Azərbaycan Ordusunun Baş Qərargahına gəlib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Tərəflər, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.

  • Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edildi - FOTOLAR
  • Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edildi - FOTOLAR