"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Böyük Britaniyada “Darragh” qasırğası nəticəsində iki nəfər ÖLDÜ

Böyük Britaniyada “Darragh” qasırğası nəticəsində iki nəfər ÖLDÜ

Böyük Britaniyada “Darragh” qasırğasının yaratdığı güclü küləklər səbəbindən iki nəfər həyatını itirib.

Xeberlent.az xəbər verir ki, Lankaşir qraflığının Lonqton şəhəri yaxınlığında, A59 magistral yolunda hərəkətdə olan mikroavtobusun üzərinə ağac aşaraq 40 yaşlı sürücünün ölümünə səbəb olub. Bənzər hadisə Birminqemin Erdinqton bölgəsində baş verib. Burada da ağacın avtomobilin üzərinə düşməsi nəticəsində bir nəfər həlak olub.

Qasırğa zamanı bəzi bölgələrdə küləyin sürəti saatda 100 milə (təxminən 160 km/saata) çatıb. Nəticədə İngiltərənin qərb bölgələri və Uelsdə 250 mindən çox insan elektrik enerjisiz qalıb. Həmçinin, idman tədbirləri təxirə salınıb, bəzi uçuş reysləri ləğv edilib.

Hazırda İngiltərə, Uels və Şotlandiyanın cənub bölgələrində güclü küləklərlə bağlı sarı hava xəbərdarlığı qüvvədədir. Şimal-şərqi İngiltərədə isə yağışla bağlı ayrıca xəbərdarlıq edilib. Ətraf Mühit Agentliyi tərəfindən 65 daşqın xəbərdarlığı və 152 daşqın ehtimalı elan edilib. Bu səbəbdən əhali səyahət planlarını diqqətlə nəzərdən keçirməyə və hava proqnozlarını izləməyə çağırılıb.

Qasırğanın təsirləri nəticəsində bəzi bölgələrdə evlərin dam örtükləri zədələnib, ağaclar kökündən çıxıb və yollar bağlanıb. Mütəxəssislər belə hava şəraitində ehtiyatlı olmağı və zəruri olmadıqca evdən çıxmamağı tövsiyə edirlər.