"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə OLUBLAR

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə OLUBLAR

"Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.

Xeberlent.az report-a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər. Universitetin rektoru Şahin Bayramov onlara təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilib, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.