"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Azərbaycan və Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə etdi (FOTOLAR)

Azərbaycan və Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə etdi (FOTOLAR)

Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xeberlent.az-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və dostluq münasibətlərinin müxtəlif aspektləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, həmkarını Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə bir daha təbrik edib, fəaliyyəti dövründə uğurlar arzu edib.

Tərəflər ölkələrimiz arasında beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət və dostluğa əsaslanan strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əməkdaşlığın regional və beynəlxalq platformalar çərçivəsində inkişafına mümkün töhfələri qeyd olunub.

İkitərəfli münasibətlərin iqtisadi, müqavilə-hüquq, humanitar və enerji aspektlərinin inkişafının əhəmiyyəti qeyd olunub, birgə strateji layihələrin vacibliyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkəmizin sədrlik etdiyi və bölgəmizdə ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları barədə həmkarını məlumatlandırıb. Milli səviyyədə yaşıl enerjinin inkişaf etdirilməsi sahəsində beynəlxalq səylərini bundan sonra da davam etdirəcəyi və bu istiqamətdə Gürcüstan ilə birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri barədə ətraflı məlumatlandırılıb, bölgədə dayanıqlı sülh quruculuğuna ən böyük təhdid kimi Ermənistanın qonşu dövlətlərə olan ərazi iddialarının mövcudluğu vurğulanıb.

Görüşdə, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

  • Azərbaycan və Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə etdi (FOTOLAR)
  • Azərbaycan və Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə etdi (FOTOLAR)
  • Azərbaycan və Gürcüstan regional təhlükəsizlik məsələlərini müzakirə etdi (FOTOLAR)