"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Avropada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr AÇIQLANDI

Avropada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr AÇIQLANDI

Avropa ölkələri son vaxtlar işgüzar fəallığın azalması və avronun dollara nisbətdə 2022-ci ildən bəri ən aşağı səviyyəyə enməsi kimi ciddi problemlərlə üzləşib. Bundan başqa, Donald Trampın prezidentliyi ilə bağlı yarana biləcək mümkün rüsumlar təhdidi vəziyyəti daha da ağırlaşdırıb. Bu maneələrə baxmayaraq, bəzi dövlətlər ötən il güclü iqtisadi artım nümayiş etdiriblər.

Xeberlent.az “Visual Capitalist”ə istinadla xəbər verir ki, Kanadanın media şirkəti Beynəlxalq Valyuta Fondunun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının məlumatları əsasında 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM) artımı proqnozlaşdırılan ilk 15 Avropa ölkəsinin siyahısını dərc edib.

İqtisadiyyatı əsasən xidmət, o cümlədən turizm yönümlü olan Malta reytinqə liderlik edir. Bu gün Malta emal sənayesi, xüsusilə elektronika və əczaçılıq məhsullarının ixracında üstündür.

Siyahıda ikinci yerdə Serbiya, üçüncü yerdə isə bu il iqtisadiyyatı 3,6 faiz artmış Belarusdur. Siyahıda dördüncü yerdə sanksiyalara baxmayaraq, Çin və Hindistanla ticarətin artması, eləcə də yerli istehsalın artması hesabına inkişaf edən Rusiya iqtisadiyyatı qərarlaşıb. Xorvatiya isə beşinci yerdədir. Altıncı yerdə olan Kiprdən sonra Ukrayna və Türkiyə qərarlaşıb - müvafiq olaraq yeddinci və səkkizinci yerlərdə.

Siyahıda sonrakı yerləri Polşa, İspaniya, Litva, Bolqarıstan, Yunanıstan, Slovakiya və Rumıniya tutur.