Zurabişvilidən xarici tərəfdaşlarına təcili ÇAĞIRIŞ
Gürcüstan Prezidenti Salome Zurabişvili polisin müxalifət təşkilatlarının ofisində axtarışları ilə əlaqədar ölkənin xarici tərəfdaşlarına təcili çağırış edib.
Xeberlent.az xəbər verir ki, Zurabişvili “X” platformasında paylaşımında hakim partiyanın ölkəni uçuruma apardığını qeyd edib.
“Gürcüstanda repressiya. Mən bizim tərəfdaşlarımıza, böhranın və qeyri-sabitliyin qarşısını almaq istəyənlərə təcili çağırış edirəm, ölkəni uçuruma aparan hakim partiyaya güclü təzyiq göstərməyin vaxtıdır! Gecikməyin...!”, - Zurabişvili qeyd edib.