AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

“Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək” - Ekspert

“Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək” - Ekspert

"Görünür ki, Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib, ədalətsiz qərar vermək istəməyib və qara qutuları Braziliyaya göndərib".

Xeberlent.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Rusiya tərəfindən vurulan təyyarəmizlə bağlı təhqiqat aparan Qazaxıstanın hökumət komissiyası "Qara qutu"nun oxunması üçün Braziliyaya göndərilməsinə qərar verib.

"Braziliya həmin təyyarəni istehsal edən ölkədir. Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Təhqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq. Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib. Qazaxıstanın bu mövqeyi maraqlı və düşündürücüdür. Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstandaydılar və orada bu işi bitirə bilərdilər. Doğurdanmı Qazaxıstan  Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib? Amma bu qərarın həm də Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışıqlarından sonra baş tutması diqqət cəlb edəndir.

Bəlkə də təyyarəni istehsal edən ölkənin özünə hörmət edərək obyektiv mövqe tutacağı baxımından, beynəlxalq qurumların müşahidəsi altında aparılması baxımından bu qərar daha doğrudur ? Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir. Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək".