Öz gözündə tiri görməyən ANS
Bizə şpaqat olar, sizə olmaz.
Feysbuk səhifəmi açmışdım ki, gündəmdəki xəbərləri izləyim. Birdən ANS telekanalının, daha doğrusu, Ləman Ələşrəfqızının ATV-nin aparıcısı Mətanət haqda hazırladığı video materiala baxdım. Eyni zamanda güldüm və heyfsləndim.
Düzünü desəm, düşündüm ki, deyəsən, Ləman xanım mənim profilimin ən aktiv izləyicisidir. Çünki onun dediyi sözləri, ifadələri mən bu hadisədən daha çox əvvəllər öz səhifəmdə yazmışdım. Yəni Mətanətin ANS-dən çıxandan sonra dəyişməsi, ANS-in ona düz iş yerini seçməsi (radio aparıcı) və s. Yazılarımda hamısı saat və tarixi ilə qalır.
Həzərat, keçim mətləbə. Bu Ləman xanıma deyən lazımdır ki, ay balam, Mətanətlə hər şey aydındır. Bəs çalışdığın ANS haqda niyə belə bir videomaterial hazırlamırsan? Axı sizin Telli (Günəbaxan verilişinin aparıcısı) heç də Mətanətdən geri qalmır. Şpaqat da açır, rəqs də edir, bəlkə də Mətanətdən də pis sizin bəzi aparıcılar efirə çıxır.
Niyə öz gözünüzdəki tiri görmürsünüz? . Bir sözlə, ayıbdır, xalq üçün çalışın, daxili \"razborkalarınızı\" Azərbaycan tamaşaçısına yedizdirməyin.
ABBASƏLİ HÜSEYNİ
XeberLent.az