AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Yeni yerüstü piyada keçidləri tikilir - VİDEO

Yeni yerüstü piyada keçidləri tikilir - VİDEO

Vətəndaşların Böyükşor-Pirşağı avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 1.3, 6.5 və 7.7-ci km-lik hissələrində yeni yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub.  Artıq avtomobil yolunun 6.5-ci km-lik hissəsində uzunluğu 42.2 metr, 7.7-ci  km-lik hissəsində isə uzunluğu 47 metr təşkil edən piyada keçidlərinin inşasına start verilib.  

Bu barədə Xeberlent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, keçidlərin yol səviyyəsindən hündürlüyü 5.5 metr, hərəkət hissəsinin eni isə 2.5 metr təşkil edir.

Layihə üzrə keçidlərdə 23.2 metr uzunluğa malik pandus hissənin yaradılması nəzərdə tutulub. Pandus hissənin ümumi eni 3.8, hərəkət hissəsinin eni 1.65 metr olacaq.  

Qeyd edək ki, piyada keçidləri aşırım və panduslar monolit d/beton möhkəmləndirilmiş süni (geocel) əsaslı bünövrələrdən, aşırım, aşırım dayaqları, pilləkənlər və pilləkən dayaqları metal konstruksiyadan ibarət olmaqla layihələndirilib.

Pandus hissələr isə monolit d/beton sütunlardan, eninə və uzununa rigellərdən, hərəkət hissəsini təşkil edən tavadan ibarət olacaq.

Təhlükəsizlik səbəbi ilə hərəkət hissəsinin hər iki tərəfinə metal məhəccərlərin qoyulması nəzərdə tutulub.