Vüqar Qurbanov müşavirini bu xəstəxanaya direktor TƏYİN ETDİ - FOTO
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Xeberlent.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Səkinə Sadıxovaya həvalə olunub.
Qeyd edək ki, Səkinə Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.