Telefon oğruları saxlanıldı
Polis mobil telefon oğurluğunda şübhəli bilinən 3 nəfəri müəyyən edərək saxlayıb
Xeberlent.az xəbər verir ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 20-də bir sərnişinin 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Qarayusifli müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən iaşə obyektində bir nəfərin 3000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 32 yaşlı J.Hüseynova 16-cı Polis Şöbəsinin, Nəsimi rayonu ərazisində isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı R.Səfərov 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.