Portuqaliya millisinin sabiq üzvü həbs olunub
Portuqaliya millisinin keçmiş futbolçusu, hazırda Qətərin "Əl Khor" klubunda çıxış edən Ruben Semedo həbs edilib.
Xeberlent.az xarici mətbuata istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb məişət zorakılığıdır.
30 yaşlı müdafiəçi Lissabonda sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə qalmağa məcbur edib.
Bundan sonra qız xəstəxanaya yerləşdirilib. Onun Semedo tərəfindən döyüldüyü ortaya çıxıb. Sevgilisi Semedodan şikayət edib və nəticədə futbolçu həbs edilib.