Moskvada 11-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Moskvanın cənubunda bir nəfər evin 11-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Xeberlent.az xəbər verir ki, bu barədə oktyabrın 14-də hüquq-mühafizə orqanlarından məlumat verilib.
Tsaritsıno yaxınlığında baş verən olayın təfərrüatları açıqlanarkən qeyd olunub ki, 1988-ci il təvəllüdlü kişi özünü öldürmək istədiyi üçün balkona çıxıb. Polisin gəldiyini görən vətəndaş 11-ci mərtəbədən yıxılıb.
Hadisə yerinə təcili yardım çağırılıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyin travması, beyinin əzilməsi və şişməsi, üz skeletinin çoxsaylı sınığı, çanaq sümükləri, sağ topuq oynağının açıq sınığı və s. diaqnozlar qoyulub.
Kişi hazırda süni nəfəs aparatında reanimasiyadadır. (Unikal)