Koronavirusa yoluxmuş Paşinyan Aİİ sammitində iştirak edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 26-da Sankt-Peterburq şəhərində keçiriləcək Avrasiya İqtisadi İttifaqının ( Aİİ ) sammitində onlayn iştirak etməyi planlaşdırır.
Xeberlent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik bildirilib ki, Paşinyanın videobağlantı vasitəsilə iştirakı gözlənilir.
Bir gün əvvəl Paşinyan koronavirus diaqnozu qoyulduğu üçün MDB ölkələri liderlərinin qeyri-rəsmi Yeni il qabağı sammitində iştirak etməyib.