AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Fərid İsmayılov həbs edildi - YENİLƏNİB

Fərid İsmayılov həbs edildi - YENİLƏNİB

"Toplum TV" işi ilə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberlent.az xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilib.

*** 

“Toplum TV işi” ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.

Xeberlent.az xəbər verir ki, onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.

Fərid İsmayılzadə hazırda Xətai Rayon Məhkəməsindədir. Fərid İsmayılzadənin evində axtarış aparılıb və otaq yoldaşı Nihad İbrahimxəlilov (Libettarian) da saxlanılıb. Həmin şəxs hazırda Bakı Şəhər Baş Polis İdarəsindədir.

“Toplum TV”nin başqa bir əməkdaşı Elmir Abbasov da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu gün, yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.

Bu iş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Fərid İsmayılov həbs edildi - YENİLƏNİB