Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır
Ermənistan parlamenti birinci oxunuşda “Mülki müqavilə” fraksiyasının deputatlarının təqdim etdiyi “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklər və “Dövlət pensiyası haqqında” qanuna dəyişikliklər haqqında qanun layihəsini qəbul edib.
Xeberlent.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Layihə pensiyaya çıxmış keçmiş hərbçilərin pensiya almaq hüququnu saxlamaqla, bəzi hərbi hissələrdə müqavilə əsasında hərbi xidmətə geri qaytarılmasını nəzərdə tutur.
Müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan hökumətinin qanunvericilik təşəbbüsünə etirazı yoxdur: "Biz hesab edirik ki, təklif olunan qaydalar müəyyən sərhəd hərbi hissələrində orta və aşağı hərbi vəzifələrin doldurulmasına kömək edəcək".
Layihə birinci oxunuşda lehinə 88 səslə qəbul edilib.