Coan Rivers: “Fələstinlilər ölümə layiqdir”
Amerikalı komediya aktrisası dünyanı şoka saldı
“The Independent ” yazır ki, acıdil kimi tanınan Coan Rivers kəskin ifadələr işlətməyi xoşlayır, ancaq onun İsrail-Qəzza münaqişəsinə belə bir münasibət sərgiləməsi hər kəsi heyrətdə buraxdı. 2 mindən çox fələstinlinin öldürülməsi faktı ortada ikən “Fələstinlilər ölümə layiqdir“, demək, əlbəttə ki, başa düşülən deyil. HƏMAS-I “terrorçu“ adlandıran aktirisa deyib ki, onlar (HƏMAS) axmaq adamlar tərəfindən yenidən seçiliblər, o axmaqların heç qələmləri belə yoxdur.
Komediya ustası öncə də İsraili müdafiə edən bəyanatla çıxış etmişdi. Aktrisa rəsmi Facebook səhifəsində isə yazıb ki, onun fikrini konteksdən çıxarıblar, o, “sülh üçün dua edir“.
“Mən dediyimin arxasında indi də dururam, müharibə cəhənnəm deməkdir və bədbəxtlikdən mülkü insanlar siyasi münaqişələrin qurbanıdır. Biz- ABŞ olaraq 69 il ötməsinə baxmayaraq Xirosima və Naqasakiyə atom bombası atılmasına görə hələ də özümüzü günahkar sayırıq”.
81 yaşlı aktrisa onun fikrinin media tərəfindən kontekstdən çıxarılaraq təhrif olunduğunu bildirib.
Elbəyi Həsənli (Sürix)