Biz ona əl qaldıra bilmərik - Bəs siz necə? - Video
Qadınların gündəlik həyatlarında ailə və iş yerlərində müxtəlif zorakılıqlara məruz qalması heç kəsə sirr deyil. Bu tendensiya ürəkağrıdıcı olsa da, cəmiyyətdə qadını döymək, təhqir etmək və alçaltmaq kimi hisslərə malik olan insanlara tez-tez rast gəlirik.
Bu kimi halların qarşısını almaq və marifləndirmə aparmaq üçün müxtəlif səpkidə işlər görülür. Belə addımlardan biri də İspaniyada atılıb. Belə ki, qadınlara qarşı zorakılığın qarşısını almaq üçün maraqlı sosial rolik çəkilib. Rolikin qəhrəmanları isə azyaşlılar olub. Onlar qızlarla danışmaq, həmsöhbət olmaq və hətta onları güldürməyə razı olduqlaını bildirsələr də, zorakılığa yox deyiblər. Azyaşlılara qıza əl qaldırmaq təklif olunsa da, onlar bunu heç bir halda etməyəcəklərini deyiblər.