AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Cənubi Koreya prezidenti təcridxanaya yerləşdirildi - YENİLƏNİB

Cənubi Koreya prezidenti təcridxanaya yerləşdirildi - YENİLƏNİB

"Prezident Yoon Seok-Yeol dərhal Gyeonggi əyalətinin Uivanq şəhərindəki Seul Təcridxanasına aparılıb".

Xeberlent.az xəbər verir ki, bu  barədə "Yonhap" məlumat yayıb.

Bildirilir ki, onun 16-sı səhər Qvaçeon Hökumət Kompleksinin Hava-Dəniz İstintaq İdarəsində yenidən dindirilməsi planlaşdırılır.

Prezident Yoon Seok-yeolun maşını təcridxanaya doğru gedir

***

Dövlət Antikorrupsiya Agentliyinin müstəntiqləri Cənubi Koreya prezidenti Yoon Seok-Yeolu Seulda qiyam ittihamı ilə həbs ediblər.

Xeberlent.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazır. 

Nəşr qeyd edir ki, “Dövlət antikorrupsiya agentliyi prezident Yoonu həbs edib”. Məlumata  görə, bu, vəzifədə olan prezidentin istintaq orqanı tərəfindən həbs edilməsi ölkənin tarixində görünməmiş bir haldır. 

Bildirilir ki, bundan əvvəl təhlükəsizlik qüvvələri Yoon Seok Yeolu həbs etmək üçün Seuldakı prezident iqamətgahının ərazisinə daxil olublar. Eyni zamanda, Yoon Seok Yeolun vəkilləri onun könüllü olaraq görünməsi ilə bağlı müstəntiqlərlə danışıqlar aparıblar.

Müstəntiqlər Cənubi Koreya prezidentini həbs etmək üçün ilk cəhdini yanvarın 3-də ediblər. Bunun fonunda dövlət başçısını həbs etməyə gələn hərbçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Həmin gün təhlükəsizlik məqsədilə həbs qərarının icrasının dayandırılması qərara alınıb.

Dekabrın 31-də Cənubi Koreyada Məhkəmə fəaliyyəti dayandırılmış prezident Yoon Seok Yeolun həbsinə order verib. Müstəntiqlər Yoon Seok Yeolun hərbi vəziyyət işi ilə bağlı üç dəfə dindirilməyə gəlməməsindən sonra order üçün müraciət ediblər.