Bakıda qadın xidmətçi işlədiyi evdən oğurluq etdi
Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq olub.
Xeberlent.az xəbər verir ki, polisə müraciət edən ev sahibi dekabrın 7-də evdən pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən həmin evdə xidmətçi işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı qadın saxlanılıb.
Araşdırma aparılır.