"Beşiktaş"ın yeni baş məşqçisi bu şəxs ola bilər
Fransalı tanınmış mütəxəssis Rudi Qarsiya “Beşiktaş”da işləməyə müsbət yanaşır.
Xeberlent.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
60 yaşlı çalışdırıcının “Beşiktaş”a gəlməyə hazır olduğu bildirilib. İstanbul klubunun rəhbərliyi Qarsiya ilə yanaşı, xorvatiyalı Niko Kovaç və almaniyalı Rocer Şmitlə də danışıqlar aparır.
Qeyd edək ki, Rudi Qarsiya son olaraq Fransanın “Marsel” komandasında işləyib.