Sərxoş piyada öldü - 10 gün əvvəl maşın vurmuşdu
10 gün əvvəl içkili vəziyyətdə avtomobilin vurduğu piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Xeberlent.az xəbər verir ki, hadisə Samux küçəsində baş verib.
Belə ki, "Vaz" markalı maşın sərxoş vəziyyətdə olan 1972-ci il təvəllüdlü piyada Şahin Ağayevi vuraraq ağır xəsarət yetirib. Çoxsaylı ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.