Sərxoş kişi özünü yandırdı
Sərxoş vəziyyətdə olan kişi özünü səbəbsiz yerə yandırıb.
Xeberlent.az-ın məlumatına görə hadisə Mingəçevirdə məhəllələrdən birində baş verib. Psixo-Nevroloji Dispanserdə qeydiyyatda olan 1976-cı il təvəllüdlü Nəbiyev Fariz İdris oğlu heç bir səbəb olmadan yandırıcı maye ilə özünü yandıraraq ağır yanıq xəsarətləri alıb. Şəhər xəstəxanasında müəyyən tibbi müalicə aldıqdan sonra o bu gün paytaxt klinikalarından birinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.