AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Rusiya Ukraynaya qalib gələrsə, ABŞ-nin xərcləri necə dəyişəcək?

Rusiya Ukraynaya qalib gələrsə, ABŞ-nin xərcləri necə dəyişəcək?

Əgər Rusiya Ukrayna münaqişəsində qalib gəlsə, ABŞ 2029-cu ilə qədər müdafiə xərclərini 800 milyard dollardan çox artırmalı olacaq.

Xeberlent.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Amerika Sahibkarlıq İnstitutunun (AEI) hesabatında deyilir.

AEI ekspertləri ABŞ-ın hərbi yardımının dayandırılacağı təqdirdə Ukraynanın məğlubiyyətə uğrayacağını irəli sürür. Belə olan halda Rusiya ilə NATO arasında sərhədlər xeyli dəyişə bilər ki, bu da Moskvadan NATO-nun üzvü olan Avropa ölkələrinə təhlükəni artırar. Bundan əlavə, Rusiyanın qələbəsi ABŞ-nin Asiyadakı mövqeyinə təsir edəcək və bu da əlavə müdafiə xərcləri tələb edəcək.

Hesabatda vurğulanır ki, bu amilləri nəzərə alsaq, Rusiyanın Ukraynadan kənarda qeyri-nüvə təcavüzünün qarşısını almaq və lazım gələrsə, dəf etmək üçün Vaşinqtonun 808 milyard dollara ehtiyacı olacaq. Nəticədə, Pentaqonun 2029-cu ilə qədər ümumi xərc planı 4,4 trilyon dollardan 5,2 trilyon dollara yüksələcək ki, bu da hər il 165 milyard dollar əlavə xərc tələb edir.

2022-ci ildən bəri Konqres Ukraynaya kömək üçün Pentaqona artıq 112 milyard dollar ayırıb ki, bunun da böyük hissəsi ABŞ daxilində silah istehsalına xərclənir. Eyni zamanda, araşdırmaya görə, bu xərclər Kiyevin məğlubiyyəti zamanı potensial əlavə xərclərin təxminən yeddidə birini təşkil edir.