Putin onu Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin etdi
Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Vitali Savelyevi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə prezidentin xüsusi nümayəndəsi təyin edib.
Xeberlent.az xəbər verir ki, müvafiq fərman hökumət portalında dərc olunub.
“Vitali Gennadieviç Savelyev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin”, - sənəddə deyilir.
Bu fərman imzalandığı gündən - noyabrın 25-dən qüvvəyə minir.