Nazir Rəşad Nəbiyev Çilinin nəqliyyat və telekommunikasiya naziri ilə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyosla görüşüb.
Xeberlent.az xəbər verir ki, görüşdə iki ölkə arasında Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda Azərbaycanın gələn il sədrlik edəcəyi forumla əlaqədar prioritetlərin müəyyənləşdirilməsi və bu istiqamətdə Çili təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.