Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırdı
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb.
Xeberlent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb. Federasiya öz ərizəsi əsasında bu addımı atıb.
Qeyd edək ki, 2018-ci ildə yaradılan federasiyanın sədri Xəyal Abdullayev idi.