Kremldən təyyarə qəzası ilə bağlı AÇIQLAMA
İstintaq başa çatana qədər “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysi ilə uçan təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasının səbəbləri barədə mülahizə yürütməyə ehtiyac yoxdur.
Xeberlent.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.
O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl həlak olanların yaxınlarına başsağlığı verib və təyyarə qəzasında xəsarət alanlara şəfa diləyib: "İstənilən insident ixtisaslaşmış aviasiya orqanları tərəfindən araşdırılmalıdır. Biz bu araşdırmanın başa çatmasını gözləməliyik. İlkin araşdırmanın nəticələrinə qədər hər hansı fərziyyələr irəli sürmək düzgün olmazdı və biz bunu, əlbəttə ki, edə bilmərik və heç kim etməməlidir".