Ermənistanın bu kəndi də Azərbaycanın nəzarətindədir... - VİDEO
Ermənistanın Sünik bölgəsinin Çakaten kəndində ermənilər və azərbaycanlılar bir-birlərindən 2 metr məsafədə dayanır.
Publika.az xəbər verir ki, bunu kəndin muxtarı Usik Saruxanyan deyib.
Onun sözlərinə görə, azərbaycanlılar Qafan-Çakaten yolunun bir hissəsindən istifadə edir və sülhməramlıların müşayiəti ilə vəzifələrini icra edirlər.
“Erməni və Azərbaycan hərbçiləri, sözün əsl mənasında, bir-birindən bir neçə metr məsafədə yerləşirlər. Vəziyyət hələ də sakitdir, hər şey hər zamankı kimi davam edir. Ancaq onlar (Azərbaycan hərbçiləri) çox yaxındırlar. Kəndlilər onları görəndə bir az ... onları utandırırlar. Türklər (azərbaycanlılar - red.) və ermənilər bir-birlərindən 2-3 metr məsafədə dayanır”.
Bölgədəki televiziya qülləsi binası isə Azərbaycan hərbçilərinin nəzarətindədir. Azərbaycanın mövqeləri, demək olar ki, kəndə bitişikdir. Evlərin bir hissəsi təpənin bir tərəfində, azərbaycanlıların mövqeləri digər tərəfdədir. Azərbaycan hərbçilərinin yerləşdiyi qüllədən ən yaxın evə düz bir xətlə, təxminən, 250 metr məsafə var.
Kəndin ətrafındakı faktiki sərhədin uzunluğu isə təxminən 30 km-dir.
Ermənilər bir dəqiqədən sonra müharibənin yenidən başlaya biləcəyi və ölkənin başına nə gələ biləcəyinin müəmması ehtimalı ilə yaşayır.
Qeyd edək ki, ötən gün Ermənistanın Əkərək kəndinin Azərbaycan hərbçilərinin nəzarətində olduğu xəbəri yayılmışdı.