"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Bayden aktrisadan ona iş tapmasını istədi

Bayden aktrisadan ona iş tapmasını istədi

Yaşı və səhhəti ilə bağlı tənqidlərdən sonra ABŞ prezidentliyinə namizədliyini geri götürən Co Bayden yenə diqqət çəkməyi bacarıb. 

Xeberlent.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden "namizədliyini geri götürmək" çağırışlarının artmasına görə noyabrın 5-də keçiriləcək prezident seçkilərindən geri çəkilib. O, 2025-ci ilin yanvarında səlahiyyət müddəti başa çatana qədər prezident və baş komandan kimi vəzifəsini davam etdirəcək. 

Demokrat Partiyasının namizədliyini müavini Kamala Harrisə təhvil verən Bayden Milli İspan İrsi Ayı tədbirində təqaüdə çıxacağı ilə bağlı etdiyi zarafatla hamını güldürüb. 

Ağ Evdə keçirilən tədbirdə Meksika əsilli aktrisa Cessika Albanı da qonaq edən ABŞ prezidenti məşhur ada yaxınlaşaraq “Cessika, həqiqətən yaxşıyamsa, bəlkə mənə iş tapa bilərsən” deyib.

Bu sözlər zaldakı iştirakçıların gülüşünə səbəb olub.