AZAL-ın təyyarəsini vuran rus komandirin etirafı - "İki raket atılıb"

"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Bakıda həbs edilən Türkiyə vətəndaşları ölkələrinə təhvil verildi

Bakıda həbs edilən Türkiyə vətəndaşları ölkələrinə təhvil verildi

Türkiyənin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Baş Prokurorluqdan Xeberlent.az-a verilən məlumata görə, Türkiyə Respublikasının vətəndaşları, hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Bekinkayan Kıralın, qəsdən adam öldürmədə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1982-ci il təvəllüdlü Gücenmez Erdemin və narkotik vasitələrin satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1972-ci il təvəllüdlü Talip Ağdemirin verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd olunan şəxslər cari il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.