Bakıda aptek müdiri işçisini niyə döyüb? - TƏFƏRRÜAT (VİDEO)
Bakıda aptek müdiri işçisini döyüb.
Xeberlent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlum olub ki, hadisə 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən apteklərdən birində baş verib.
Aptekin satıcısı N.Aşirova müdiri Elnur Cabbarovu pişiyə bənzədib. Bu səbəbdən onlar arasında mübahisə yaranıb. Nəticədə E.Cabbarov xanım işçini döyüb.
N.Aşirova polisə şikayət edib. Daha sonra o, şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb. İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün hadisənin görüntülərini yayıb.
Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb.
Onlar görüşüblər və aralarında dava-dalaş olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.