Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Azərbaycanda icra başçısının pulu oğurlandı - 250 min manat

Azərbaycanda icra başçısının pulu oğurlandı - 250 min manat

Azərbaycanda icra hakimiyyəti strukturlarının korrupsiyalaşması yeni xəbər deyil. Lakin hərdən ayrı-ayrı rayonların icra hakimiyyətlərində baş verən hadisələrlə bağlı elə məlumatlar daxil olur ki, sanki söhbətin hansısa dövlət qurumundan deyil, kriminal təşkilatdan getdiyinə dair təsəvvür yaranır...

Tərtər rayonundan daxil olan bir məlumatda iddia olunur ki, rayonun icra başçısı Müstəqim Məmmədov öz tələbə yoldaşı və "sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb.

Musavat.com AzPolitika.info-ya istinadən xəbər verir ki, bir sahibkara satılan torpağın 250.000 (iki yüz əlli min) manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var.

Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib:

"Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib.”

Məlumatda qeyd olunur ki, bu hadisələrdən "şoka düşən” başçı günlərdir özünə gələ bilmir.

https://musavat.com/news/azerbaycanda-icra-bascisinin-pulu-ogurlandi-250-min-manat_779146.html